IQNA

Cənnət Quranda / 4

Quranda mülk və mələkut anlayışlarının hədləri

19:40 - February 03, 2024
Xəbər sayı: 3495409
İQNA - Quran ayələrindən belə başa düşülür ki, dünya əşyaların təzahürü üçün, axirət isə onların hökmranlıqlarının təzahürü üçün qabdır.

Qurani-Kərim “Hədid” surəsində göylərin və yerin mülkünə işarə edir: “Göylərin və yerin mülkü Allaha məxsusdur. Göylər və yer Onundur və hər şey Ona qayıdır” (Hədid, 5).

Həmçinin Həzrət İbrahimin (ə) hadisəsində göylərin və yerin mülkündən bəhs edir: “Beləcə, İbrahimə göylərin və yerin mələkutunu (mülkünü, səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!” (Ənam, 75). Beləliklə, bizim göylərin və yerin bir mülkü, habelə göylərin və yerin bir mələkutu var.

“Mülk” surəsinin 1-ci ayəsində buyurulur: “Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!”.

Yasin surəsinin 83-cü ayəsində buyurulur: “Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!”.

Bu və digər ayələrdən belə başa düşülür ki, mulk əşyaların zahirini, məqam isə onların həqiqi mahiyyətini göstərir. Əlbəttə ki, bu həqiqətlər dünya həyatında mövcuddur və ya bizim əməllərimizdən qaynaqlanır, lakin qəflət pərdəsi səbəbindən axirətdəki pərdələr aradan qalxmayınca biz onları görə bilmirik.

“Qaf” surəsinin 22-ci ayəsi: “(Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qəflətdə idin. Artıq bu gün gözündən pərdəni qaldırdıq. Bu gün artıq gözün sərrastdır!”.

captcha