"İQNA", "Cairo24" saytına istinadən xəbər verir ki, bu qrup şəhərin Əl-Şati məscidində cümə namazında iştirak edib, daha sonra məsciddən Əl-Şühəda (Şəhidlər) meydanına doğru yürüş edərək Qəzza xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.
Müsabiqənin icraçı direktoru və məsulu Adil Muslihi bildirib ki, yürüşün məqsədi Qəzza zolağında qətliamların və dağıntıların dayandırılması və dünyada sülhün hökm sürməsi mesajını dünyaya çatdırmaqdır.
Cümə günü fevralın 2-də Port Səid Beynəlxalq Quran və surud yarışının açılış mərasimi baş tutub. Mərasim Misirin Baş naziri Mustafa Madbulinin və Port Səid valisi və Ali Təşkilat Komitəsinin dəstəyi ilə təşkil olunub.
4197511