IQNA

Amerikalı aktyor islamafobik fikirlərinə görə müsəlmanlardan üzr istəyib

7:22 - February 17, 2024
Xəbər sayı: 3495474
İQNA - Müsəlmanları terrorçu adlandıran amerikalı aktyor sözlərinə görə geniş tənqidlərə məruz qaldıqdan sonra üzr istəyib.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi" saytına istinadən xəbər verir ki, Selma Bleyer Instagram sosial media platformasında "İslam müsəlman ölkələrini məhv etdi, zehnləri pozdu" sözləri ilə bağlı açıqlama verib.

Bir neçə gün əvvəl Bleyer Instagram platformasında suriyalı yəhudi qaçqın tərəfindən yayımlanan videoda Amerika Konqresinin iki nümayəndəsi Kori Buş və Rəşidə Tlaibi tənqid edib.

Hər iki nümayəndə Əl-Əqsa tufanı əməliyyatında iştirak edən və ya hər hansı bir şəkildə kömək edən şəxslərin ölkəyə girişini qadağan edən qanun layihəsinə qarşı çıxıblar.

Instagramda yayımlanan video fayla cavab olaraq Bleyer belə deyib: “Terrorçuları dəstəkləyən bütün bu quldurları deportasiya edin. İslam müsəlman ölkələrini məhv etdi, sonra bura gəlib ağılları məhv etdi”.

Amerikalı aktrisa Selma Bleyer sosial şəbəkədəki paylaşımında “səhvən və bilmədən müsəlmanları radikal islamçılar və fundamentalistlərlə qarışdırdığını” söyləyərək üzr istəyib. Reaksiyalardan sonra paylaşım silinib. Bleyer sosial mediada islamofob sözlərinə görə üzr istəyib və "səhvən saysız-hesabsız insanın inciməsinə səbəb olduğunu və buna görə çox üzgün olduğunu" deyib.

4199954

captcha