IQNA

11:59 - March 21, 2024
Xəbər sayı: 3495666

UNESCO: "Mosul böyük məscidinin yenidən qurulması başa çatmaq üzrədir"

İQNA – YUNESKO Birləşmiş Millətlər Təşkilatının İraqdakı bəzi tarixi yerlərin bərpası layihəsi çərçivəsində Mosuldakı tarixi Nuri məscidinin yenidən qurulmasının bu ilin sonuna qədər tamamlanacağını açıqlayıb.

UNESCO:

"İQNA", "National" saytına istinadən xəbər verir ki, İraqın Mosul şəhərinin görməli yerlərindən sayılan Nuri məscidi 2017-ci ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.

YUNESKO dünyanın bütün memarlarını Mosul Nuri məscidinin yenidən qurulması müsabiqəsində iştirak etməyə çağırmışdı.

2017-ci il dekabrın 26-da “Mosulun ruhunun canlandırılması” adı altında aparılan yenidənqurma işlərinin açılış mərasimi olub.

YUNESKO-nun İraqdakı layihəsinin baş direktoru Mariya Rita Astoso bildirib ki, 2018-ci ildə başlanılan bu layihədə məscidin strukturunun və minarəsinin tikintisi başa çatdırılıb və günbəzin möhkəmləndirilməsi, həyətin yenidən qurulması məscidin tikintisi başa çatıb, lakin minarənin son suvaq işləri hələ tamamlanmayıb.

YUNESKO-nun “Mosulun ruhunun canlandırılması” adlı layihəsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Nuri məscidinin və yaxınlıqdakı iki kilsənin bərpası üçün 50 milyon dollar məbləğində maliyyələşdirilib.

Əl-Nuri məscidi Mosulun qərbində yerləşən İraqın tarixi məscidlərindən biridir. Bu məscid hicri 6-cı əsrdə Zəngi sülaləsinin türk hökmdarlarından Nurəddin Zəngi tərəfindən tikilmişdir və tarixi 9 əsrdən çoxdur.

Bu tarixi abidə əyilmiş minarəsi ilə Misirin ən məşhur abidələrindən biri idi. İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə bu məsciddə xilafətini elan edib, lakin üç il sonra İraq qüvvələri bu məscidə yaxınlaşanda İŞİD terrorçuları məscidi dağıdıblar. Bu məscid dəfələrlə yenidən qurulmuş və sonuncusu 1944-cü ildə olmuşdur.

4206352

captcha