IQNA

Dünya Fətva Təşkilatlarının prezidenti islamafobiya ilə bağlı xəbərdarlıq edib

5:27 - April 04, 2024
Xəbər sayı: 3495735
İQNA – Dünya Fətva təşkilatlarının baş katibi xəbərdarlıq edib ki, İslamofobiya dünyada yüksələn tendensiyadır.

"İQNA", "Əlmisri Əl-yəvm" saytına istinadən xəbər verir ki, Dünya Fətva Təşkilatlarının baş katibi İbrahim Nəcm son illərdə İslamafobiya hadisələrinin sayının iki dəfə artdığını bildirib.

O, islamofobiya ilə mübarizə aparmaq və qeyri-müsəlman ölkələrdə İslamın təhrif olunmuş imicini aradan qaldırmaq üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, o, İslamofobiyanın Qərbdə müsəlmanları əhatə etdiyini, təhlükəli ayrı-seçkilik dalğası yaratdığını, real və virtual məkanlarda islamofobiyanın nəzərəçarpacaq dərəcədə artdığını bildirib.

O, həmçinin əlavə edib ki, Qərbin İslamı terrorla əlaqələndirməsi ilə yanlış təsəvvürlər yaradılıb və bununla mübarizə aparılmalı və İslamın əsl siması dünyaya tanıtılmalıdır.

Dünyadakı fətva təşkilatlarının baş katibi onu da vurğulayıb ki, İslam əleyhinə təsəvvürlərin və anlaşılmazlıqların aradan qaldırılması üçün medianın rolu gücləndirilməlidir.

4208211

Teqlər: islamofobiya ، İslam ، müsəlman ، fətva
captcha