Qəzza hökuməti Qəzza xəstəxanalarında tapılan kütləvi məzarlarla bağlı yeni açıqlama verib.
Açıqlamaya görə, Qəzza zolağının ən böyük xəstəxanası olan və iki həftədir İsrail blokadası altında qalan Şifa xəstəxanasında həkim qrupları üçüncü dəfə kütləvi məzarlıq tapıb.
Yeni tapılan üçüncü kütləvi məzarlıqdan 49 fələstinlinin cəsədinin çıxarıldığı açıqlanıb.