IQNA

Qahirədə Həzrət Zeynəb (s) məscidi açılıb

10:43 - May 16, 2024
Xəbər sayı: 3495955
İQNA – Qahirədə bir neçə aydır təmir işləri aparılan Seyyidə Zeynəb (s) məscidi Misir prezidenti, din və siyasi xadimlərin iştirak etdiyi mərasimlə yenidən açılıb.

"İQNA", "Misri Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Misir prezidenti Əbdül-Fəttah Əl-Sisinin iştirakı ilə keçirilən açılış mərasimində dövlət başçısı məsciddə müstəhəb namaz qılıb və təmir edilmiş zərihi açıb.

Vəqflər Nazirliyi məsciddə aparılan işlərlə bağlı aşağıdakı açıqlamaları verib: "Təmir işlərini həyata keçirənlər təmirin İslam üslubunda olmasına çalışıblar. Divarların mərməri Seyyidə Zeynəb (s) məscidinin nadir xüsusiyyətlərindəndir və məscidə fərqli bir ab-hava qatır. Tualetlər həm dizayn, həm də sayı baxımından Məscidül-Həram və Məscidün-Nəbi nümunələrinə uyğunlaşdırılıb. Məscidin bütün daxili bəzəkləri heç bir məsciddə olmayan əl işi mərmərdən hazırlanmışdır".

Qahirənin ən böyük və məşhur məscidlərindən sayılan Seyyidə Zeynəb (s) məscidi haqqında deyilənlərə görə, Qahirənin tarixində və mədəniyyətində mühüm yeri olan məscid əsrlər boyu Quran və din icmaların bu şəhərdə toplaşdığı ən mühüm yerlərdən biri olmuşdur.

Ölkə əhalisinin adət halını almış və ziyarət etdiyi Həzrət Zeynəb (s) məscidinin son abadlıq işləri 1969-cu ildə Misir Vəqflər Nazirliyi tərəfindən həyata keçirilib.

Misir xalqı Peyğəmbərin (s) nəvəsi Həzrət Zeynəbin (ə) Misirə hicri 61-ci ildə gəldiyi güman edilir. Misirlilər ona hörmət etdilər və ona böyük bir ev verdilər. İbadət üçün özünə otaq tikdirmişdi və ölümündən sonra bu otaq onun məzarı olmuşdur.

Həzrət Zeynəb (s) vəfatından sonra evin qalan hissəsinin məscidə çevrilməsini tövsiyə etdi və bu da oldu. Bu məscid ötən ilin yanvar ayından təmirə bağlanıb.

4215230

Teqlər: misir ، qahirə ، məscid ، həzət zeynəb
captcha