IQNA

12:41 - May 18, 2024
Xəbər sayı: 3495963

Əl-Əzhər Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı şikayətini müsbət qarşılayıb

İQNA – Əl-Əzhər Misir hökumətinin Cənubi Afrikanın beynəlxalq məhkəmədə sionist rejim əleyhinə şikayətinə dəstək verən mövqeyini alqışlayıb.

Əl-Əzhər Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı şikayətini müsbət qarşılayıb

"İQNA", "Əş-Şuruq" saytına istinadən xəbər verir ki, Əl-Əzhər Misir siyasətçilərinin Fələstin məsələsinə hərtərəfli dəstək verdiyini, fələstinlilərin hüquqlarının müdafiəsi və qəddar təcavüzkarların aradan qaldırılmasında öz tarixlərinə uyğun hərəkət etdiklərini və Misir xalqının hər zaman davamlı müqavimət göstərən qəzzalı qardaşlarının yanında olduğunu bildirib.

Əl-Əzhər dünya xalqlarını sionist rejimin qətliamlarına və Qəzzanın siyasi və iqtisadi blokadasına son qoymaq üçün siyasi, beynəlxalq və ictimai təzyiqlər tətbiq etməyə və bu rejimi 75 ildə Fələstin xalqına qarşı törətdiyi terror cinayətlərinə görə mühakimə etməyə çağırıb.

4215471

captcha