Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsrailə Rəfaha hərbi hücumlarını dayandırmağı əmr edib.
Beynəlxalq Ədliyyə Məhkəməsi Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işində İsrailin Rəfaha qarşı hərbi əməliyyatlarının dayandırılması da daxil olmaqla əlavə müvəqqəti tədbirlər tələbləri ilə bağlı qərarını açıqlayıb.
Məhkəmənin sədri, livanlı hakim Nəvaf Salam açıq iclasda məhkəmənin qərarlarını oxuyub.
Qərarda 26 Yanvar qərarından sonra Qəzzada vəziyyətin xüsusilə qida əldə olunması və humanitar vəziyyət baxımından ciddi şəkildə pisləşdiyi və İsrailin Rəfaha hücumlarının davam edəcəyi təqdirdə humanitar vəziyyətin fəlakətli səviyyəyə çatacağı bildirilib.
Qərarda İsrailin həftələrdir davam edən intensiv bombardmanlardan sonra mayın 7-də Rəfah şəhərinə hərbi hücuma keçdiyi və nəticədə 18 may 2024-cü il tarixinə qədər təxminən 800 min fələstinlinin Rəfahdan didərgin düşdüyü bildirilib.
Qərarda Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək rütbəli rəsmilərinin daim Rəfaha qarşı hərbi əməliyyatın böyük risklər daşıdığını vurğuladığına diqqət çəkilərək, BMT mənbələrinin Qəzzada fələstinlilər üçün humanitar fəlakət riskinin reallaşmağa başladığı barədə xəbərdarlıqları xatırladılıb.
4218098