IQNA

Sionist rejim Rəfahdakı çadır düşərgəsinə hücum edib

10:01 - May 28, 2024
Xəbər sayı: 3496034
İQNA – Sionist rejimin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində mülki əhalinin sığındığı çadır düşərgəsinə təşkil etdiyi hücumda 40 nəfər şəhid olub.

234 gündür Qəzza zolağında qətliamlar həyata keçirən sionist rejim ordusunun dinc əhalinin sığındığı Rəfah şəhərindəki çadır düşərgəsinə həyata keçirdiyi hücumda şəhidlərin sayı 40-a yüksəlib.

Fələstin Qızıl Aypara Cəmiyyəti çadırlarda olan insanların çoxunun “diri-diri yandırıldığını” və sionist rejimin səhiyyə sistemini qəsdən məhv etdiyi üçün bölgədəki xəstəxanaların lazımi xidmət göstərə bilmədiyini bildirib.

Yerli mənbələr çadır düşərgəsinə ən azı 8 raketin düşdüyünü bildirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, "Səhiyyə Nazirliyi tarixdə heç vaxt bu qədər qırğın alətinin bir araya gətirilərək dünya qarşısında istifadə edilmədiyini, hazırda Qəzzada olduğu kimi, insanların sudan, yeməkdən, dərmandan, elektrik enerjisindən və yanacaqdan məhrum edilmədiyini, infrastrukturun dağıdılmadığını bildirib. Həmçinin bütün qurumların dağıdıldığını, sanitar vəziyyətin pisləşdiyini, epidemiyaların yayıldığını, səhiyyə sisteminin çökdüyünü, mühasirənin həyata keçirildiyini, keçidlərin bağlandığını, tibbi ləvazimatların və nümayəndə heyətlərinin ölkəyə girişinin qarşısının alındığını qeyd edib".

1917252

captcha