IQNA

Prezident Rəisi dünyanın bütün məzlum insanlarına dəstək olan görkəmli şəxsiyyət idi

10:24 - May 28, 2024
Xəbər sayı: 3496036
İQNA – Livanın İslami Əməl Hərəkatının koordinatoru bildirib ki, prezident İbrahim Rəisi çox nadir tapılan görkəmli bir şəxsiyyət idi.

Livanlı alim Şeyx Züheyr Osman Caid bildirib ki, prezident İslam prinsiplərinə və Məhəmməd peyğəmbərin (s) təlimlərinə sadiq qalan xalqın xidmətçisidir, dünyanın məzlum və azad xalqlarının, xüsusən də Fələstin xalqının sədaqətli dəstəkçisi idi.

İQNA-ya danışan livanlı alim "Əhzab" surəsinin (Möminlərdən bəziləri Allaha verdikləri vədə əməl etdi, bəziləri Onun yolunda öldü, bəziləri isə sonunu gözləyir, heç vaxt (vədlərini) dəyişmədilər) 23-cü ayəsini zikr edərək, helikopter qəzasında İranın prezidenti və onu müşayiət edən nümayəndə heyətinin həyatını itirməsi ilə bağlı başsağlığı verib.

Şeyx Caid mərhum diplomat Əmir Abdullahianın bütün həyatı boyu müqavimət qüvvələrinin və məzlum dünya xalqının tərəfdarı və müdafiəçisi olduğunu bildirərək, "Müqavimət oxunun xarici işlər naziri" adına layiq olduğunu bildirib.

O, həmçinin bildirib ki, mərhum xarici işlər naziri Əmir Abdullahian beynəlxalq səhnədə müqavimətin bayraqdarı kimi ön sıralarda olub, Fələstin və Qəzzanı müdafiə etmək üçün yorulmadan çalışıb.

Livan İslami Əməl Hərəkatının rəsmisi deyib: "Prezident Rəisi, D.r Əmir Abdullahian və onu müşayiət edən nümayəndə heyətinin şəhadəti təkcə İran İslam Respublikası üçün deyil, bütün İslam dünyası üçün itkidir".

Sonda Şeyx Züheyr şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

O qeyd edib ki, mərhum prezident və xarici işlər naziri Qəzza və Fələstin məsələsinə xüsusi önəm veriblər. Həmçinin qonşu ölkələr, ərəb, islam və region ölkələri ilə əlaqələrin inkişafı üçün böyük səylər göstəriblər.

O, əlavə edib ki, prezident Rəisi region ölkələrinə çoxsaylı səfərləri zamanı bölgə cəmiyyətləri və İslam xalqları ilə ünsiyyət üçün bütün səylərini göstərib.

Xatırladaq ki, prezident İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbriz cümə imamı Ayətullah Məhəmməd Əli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, prezidentin təhlükəsizlik qrupunun komandiri, iki pilot və bir uçuş heyətini daşıyan helikopter 2024-cü il mayın 19-da Şərqi Azərbaycanın şimal-qərb əyalətindən Təbriz şəhərinə qayıdarkən qəzaya uğrayıb.

Respublika Prezidenti Məşhəddəki İmam Rza (ə) türbəsində dəfn edilib.

4218270

captcha