IQNA

Yəmənli universitet tələbələri üçün keçirilən Quran müsabiqəsinin qalibləri mükafatlandırılıb

11:26 - June 01, 2024
Xəbər sayı: 3496057
İQNA – Yəmənin Ali Təhsil Nazirliyi çərşənbə axşamı universitet tələbələri arasında ölkədə keçirilən Quran yarışmasında yüksək yer tutan tələbələri mükafatlandırma mərasimi keçirib.

"İQNA", "Səba.net" saytına istinadən xəbər verir ki, 24 dövlət və milli universitetdən 100 kişi və qız tələbənin iştirakı ilə keçirilən yarış üç gün ərzində keçirilib.

Müsabiqə dörd kateqoriya üzrə keçirilib. 5-10-20 cüz və bütün Quran əzbərləmək üzrə keçirilib.

Yəmənin ali təhsil naziri Hüseyn Hazib qaliblərin mükafatlandırılması mərasimində tələbələrin mədəni və elmi nailiyyətlərinin artırılmasında belə yarışların əhəmiyyətini vurğulayıb.

Eyni şəkildə Yəmən xalqının elm və Quran mədəniyyəti ilə silahlanaraq İslam düşmənləri və onların bölgədəki köməkçilərinə qarşı qüdrət və əzmini artıra biləcəyini deyib.

Hazib Fələstin xalqının dünya gücünə qarşı müqavimət və şücaətinin Allahın Kitabı və imanının bərəkəti ilə qələbə qazanacağını vurğulayıb.

Sonda nazir qaliblərə xatirə lövhələri və pul mükafatlarını təqdim edib. Bundan əlavə, bütün Quranı əzbərləmək kateqoriyasında birinci olanlara pulsuz təhsil təqaüdü verildi.

4219030

captcha