IQNA

Dubayda keçirilən ən gözəl Quran oxumaq yarışının finalı baş tutub

10:24 - June 02, 2024
Xəbər sayı: 3496065
İQNA - Mayın 30-da Dubayın Məmraz rayonunda 17-ci Şeyx Rəşid Ali-Məktum Quran Müsabiqəsinin finalının bağlanış mərasimi keçirilib.

"İQNA", "Dubay 24" saytına istinadən xəbər verir ki, bağlanış mərasimində müsabiqənin qalibləri, münsiflər heyətinin üzvləri, Dubay Əmirliyinin bəzi rəsmiləri və iştirakçıların valideynləri də iştirak ediblər.

Sözügedən yarışma BƏƏ-də keçirilən ən mühüm milli Quran yarışlarından biridir. İştirakçılar təcvid qaydalarına və hərflərin mənşəyinə tam bələd olmalı, onların qeydə alınmış qiraətləri əvvəllər, xüsusən də sosial şəbəkələrdə dərc edilməmiş olmalıdır. Münsiflər heyəti bu şərtlərin pozulduğunu müəyyən edərsə, istənilən mərhələdə iştirakçını müsabiqədən kənarlaşdırmaq hüququna malikdir.

Yarışlar azan kateqoriyası üzrə uşaq, gənclər, imam camaatlar, xətiblər, eləcə də ölkədə yaşayan əcnəbilər arasında təşkil olunub.

Müsabiqənin bu mərhələsi BƏƏ ictimaiyyətinin böyük marağına səbəb olub. Bağlanış mərasimində bütün iştirakçılar təltif edilib və xatirə lövhələri təqdim edilib.

4219304

captcha