IQNA

İslam İnqilabının Rəhbərinin İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ilə bağlı bəyanatlarının mediada əks-sədası

10:06 - June 05, 2024
Xəbər sayı: 3496087
İQNA – İslam İnqilabının Rəhbərinin İmam Xomeyninin (r.ə) vəfatının 35-ci ildönümündə verdiyi açıqlamalar İbrani və Ərəb mediasında geniş işıqlandırılıb.

Sionist rejim mediası və sosial şəbəkələrdəki ivrit kanalları Ali Məqamlı Rəhbərin İmam Xomeyninin (r.ə) vəfatının ildönümü mərasimindəki çıxışına reaksiya veriblər.

Sosial şəbəkələrdə fəaliyyət göstərən bir çox mühüm İbrani xəbər kanalları da Ali Rəhbərin bəyanatlarını əks etdirərkən “sionist rejimə sarsıdıcı zərbə” ifadəsini yerləşdiriblər.

Maariv” qəzeti İran liderinin bazar ertəsi çıxışında HƏMAS-ın 7 oktyabr hücumlarının Səudiyyə Ərəbistanı ilə barışıq prosesinin qarşısını aldığını yazıb.

Sionist rejimin 13-cü telekanalı: "İran lideri öz çıxışında 7 oktyabr əməliyyatının Fələstin məsələsinin diqqət mərkəzinə çevrilməsinə səbəb olduğunu" vurğuladı.

Xəbər belə davam edir: "İran lideri Əli Xamneyi bazar ertəsi çıxışında HƏMAS-ın 7 oktyabrda İsrailə hücumunun ABŞ, İsrail və bəzi region ölkələrinin regionda struktur dəyişikliyi ilə bağlı uzunmüddətli layihələrini zərərsizləşdirdiyini bildirib. İndiki şəraitdə bu layihəni canlandırmaq ümidi yoxdur".

Ərəb mediasındakı əks-səda:

"Əl-Mənar kanalının xəbərlərində İslam İnqilabının Rəhbəri, İslam Respublikasının qurucusu İmam Xomeyninin (r.ə) məqbərəsində anım mərasimində, “Fələstin məsələsi bizim üçün dünyanın ilk məsələsidir” deyib. Həmçinin hər kəsin Qəzzada atəşkəs razılaşmasına ümid bağlamaması lazım olduğunu bildirib.

O, həmçinin yazıb ki, Ali Məqamlı Rəhbər Əl-Əqsa tufanı əməliyyatını sionist rejimə güclü zərbə kimi qiymətləndirib və bu rejim ondan qurtula bilməyib.

"Əl-Mənar" kanalı yazıb ki, “İmam Xamenei, müqavimət cəbhəsinin və Fələstin xalqının artan dəstəyinə diqqət çəkərək dedi ki, bu gün bu bölgədə müqavimət cəbhəsi adlanan böyük gücə malik böyük bir cəbhənin formalaşdığını görürük".

Ərəbcə Sky News manşetində İslam İnqilabının liderinin bu sözləri yer alıb: "Əl-Əqsa tufanı əməliyyatı normallaşma səylərinə mane oldu".

Livanın Milli Xəbər Agentliyi də yazıb: "Həzrət Ayətullah Xamenei, İmam Xomeyninin (r.ə) vəfatının ildönümü ilə bağlı keçirilən anım mərasimindəki çıxışında İsrail rejimi ordusunun Fələstin müqavimət qrupları qarşısında uğursuzluğa düçar olduğunu bildirib.

Livanın Əl-Nəşrə xəbər kanalı əsas manşetini İslam İnqilabı Rəhbərinin Əqsa tufanı əməliyyatı ilə bağlı sözlərinə həsr edərək, bu əməliyyatın bölgə üçün zəruri olduğunu və normallaşma səylərinin uğursuzluğa düçar olduğunu yazıb.

Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” xəbər kanalı Ali Rəhbərin Əqsa tufanı əməliyyatı ilə bağlı dediyi sözlərə yer verib.

Yəmən "Əl-Məsirə" xəbər şəbəkəsi həmçinin İslam Rəhbərinin "Əqsa tufanı" əməliyyatını yüksək qiymətləndirdiyini və bu əməliyyatı bölgə xalqının ehtiyacı hesab etdiyini bildirib.

Qətər "Əl-Cəzirə" xəbər kanalı İslam İnqilabı Rəhbərinin Əqsa tufanı əməliyyatı ilə bağlı bəzi sözlərini əks etdirib.

İslam İnqilabının Rəhbərinin bazar ertəsi günü Fələstin və Əqsa tufanı əməliyyatı ilə bağlı verdiyi açıqlamalar Rusiyanın “Əl-Yəvm” və Yaxın Şərq kimi region və dünyanın digər şəbəkə və xəbər saytlarında da öz əksini tapıb.

4219840

captcha