IQNA

Qəzzada 1 milyon insan ölümlə üz-üzədir

11:03 - June 07, 2024
Xəbər sayı: 3496096
İQNA – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı: "Qəzzada 1 milyondan çox insanın iyulun ortalarına qədər aclıq və ölümlə üzləşəcəyi gözlənilir.

TRT-nin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramı (WFP) Qəzzada əhalinin yarısının, 1 milyondan çox insanın iyulun ortalarına qədər aclıq və ölümlə üzləşəcəyi təxmin edildiyini bildirib.

Qərargahı Romada yerləşən BMT təşkilatları 2024-cü ilin iyun-oktyabr ayları üçün aclıq böhranının ən sıx olduğu və kəskin qida çatışmazlığının arta biləcəyi yerlər haqqında erkən xəbərdarlıq hesabatını dərc edib.

Sözügedən hesabatda aclıq böhranlarının ən çox rast gəlindiyi 18 nöqtədə kəskin qida çatışmazlığının daha da artacağı açıqlanıb və aclığın qarşısının alınması üçün xüsusilə Qəzza və Sudanda təcili yardıma ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, Mali, Fələstin, Cənubi Sudan və Sudanda vəziyyət ən yüksək narahatlıq səviyyəsində qalır.

Hesabatda paylaşılan cədvəldə, İsrailin hücumu altında olan Qəzza zolağında 2,2 milyon əhalinin yüzdə 100-nün BMT-nin İnteqrasiya Qida Təhlükəsizliyi Mərhələ Təsnifatında "böhran" olaraq təyin olunan 3 və daha yuxarı səviyyədə olduğu qeyd edilib. Cədvəldə İPM-in 5-ci mərhələsində “aclıq” mənasını verən Qəzzada 1,1 milyon insan, 4-cü mərhələdə isə “fövqəladə vəziyyət” mənasını verən 900 min insan göstərilib.

Hesabatla bağlı press-relizdə “Fələstində davam edən münaqişə onsuz da fəlakətli kəskin aclıq, qıtlıq və ölümlər, eləcə də Qəzza zolağında bütün əhalinin didərgin düşməsi ilə müşayiət olunur. Bunun daha da pisləşəcəyi gözlənilir” ifadəsi işlədildi.

Press-relizdə fikirləri yer alan FAO-nun baş direktoru Çü Dongyu dedi: “Bu hesabatda vurğulanan qorxulu gözləntilər hamımız üçün xəbərdarlıq olmalıdır. Böhranlardan əvvəl hərəkət etmək insanların həyatını xilas edə bilər”.

captcha