Qurani-Kərim əhdi pozan və günahkar olan yəhudiləri mötədil qruplardan ayırır. “Maidə” surəsinin 66-cı ayəsi: “Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən onlara nazil edilənə əməl etsəydilər, göylərin və yerin müxtəlif nemətlərindən faydalanardılar. Onların arasında ifrata varmayan bir qrup var; Onların bir çoxunun əməlləri çox pisdir”.
Tarix boyu birinci qrup üçün bir çox mənfi xüsusiyyətlər qeyd edilmişdir. Bu qrupun ən bariz mənfi cəhəti dinə və ya səmavi qanunun təzahürlərinə düşmənçilikdir. Bu məsələyə Allaha hörmətsizlikdən tutmuş, Allahı inkar etməyə və ilahi elçiləri öldürməyə qədər bir çox şeylər daxildir.
Məsələn, Qurani-Kərimin “Maidə” surəsinin 64-cü ayəsində yəhudilərin qəza və qədərlə bağlı inancları haqqında belə buyurulur: “Yəhudilər: “Allahın əli bağlıdır!” deyirlər! “Onların öz əlləri bağlıdır və dediklərinə görə lənətlənmişlər. Əksinə, Onun əlləri açıqdır, O, istədiyi kimi verir və Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz ki, Onların bir çoxunun azğınlığı və küfrünü artırar”.
Əslində yoxsulluq, aclıq və ya qıtlıq kimi problem yarananda yəhudilər bunu Allahın əllərinin bağlanması ilə əlaqələndirirdilər.
Kitablarında Allaha qarşı belə təhqirlər barədə çoxlu nümunələr vardır:
“Sonra Rəbb yuxudan oyanır,
O, şərabın süstlüyündən oyanan igid kimi oldu “(Zəbur: 78:65).
“Onun peşmançılığı Allahın insanı yaratmaqda etdiyi səhvin ifadəsi deyil, lütf və səbrinə baxmayaraq tövbə etməkdən boyun qaçıran insanı öz yüksək ədalətinə görə mühakimə etmək məcburiyyətində qaldığı üçün hiss etdiyi dərin kədərin ifadəsidir.” (Yaradılış kitabı 6-6).
Onların kitablarında dinə düşmənçilik və ilahi peyğəmbərlərə qarşı təhqiramiz nümunələr çoxdur. (Yaradılış kitabı 19/31-36), (Huşeya 7-28), (Yeşaya 7-28), (Yeremya 31-5).
Nə vaxt ki, bir peyğəmbər onların iradəsinə zidd bir qərar çıxarsa, ya onu inkar edər, ya da öldürərdilər. “Maidə” surəsinin 70-ci ayəsi: “Biz İsrail oğullarından əhd almış və onlara peyğəmbərlər göndərmişdik. Nə zaman ki, bir peyğəmbər onlara xoşlamadıqları bir şey gətirsə, onlardan bəzilərini yalançı adlandırmış, bəzilərini isə öldürmüşlər”.
Bəni-İsrailin bütpərəstliyə keçidi isə Allah onları fironun zülmündən yenicə xilas etdiyi bir vaxtda baş verdi. Allaha şükür etmək əvəzinə buzova sitayiş etməyə başladılar.
Bəqərə surəsinin 92-ci ayəsi: “Şübhəsiz ki, Musa (ə) sizə açıq-aydın möcüzələr gətirdi. Sonra siz ondan sonra (qızıl) buzovu haqsız yerə büt etdiniz”.