IQNA

Seyid Həsən Nəsrullahın çıxışına sionist rejim mediasının reaksiyası

9:14 - June 22, 2024
Xəbər sayı: 3496193
Livan Hizbullahının baş katibinin çıxışı sionist rejim mediasının reaksiyası ilə qarşılanıb.

"İQNA", "Əl-Məyadin"-ə istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın bugünkü çıxışının bitməsindən bir neçə dəqiqə sonra sionist rejimin mediası buna reaksiya verib və Nəsrullahın ən güclü çıxışlarından birinin şahidi olmaqdan danışıb.
Bu media vurğuladı: "Nəsrullah atəşkəs əldə olunana qədər Qəzzə uğrunda hazırkı döyüşü davam etdirmək əzmindədir və o, Təl-Əviv və vasitəçilərin təhdidlərini qəbul etməyib".
Həmçinin sionist rejimin mediası etiraf edib: "ordu Qəzzada və ya Livanda heç bir ssenariyə hazır deyil".
Sionist Kan telekanalı da Livan Hizbullahının baş katibinin Kiprə qarşı təhdidinə diqqət çəkib və bildirib ki, bu məsələ Seyid Həsən Nəsrullahın hazırkı vəziyyəti başa düşdüyünü göstərir.
Bir saat əvvəl Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ötən çərşənbə günü sionist rejim ordusunun Livanın cənubundakı Coya şəhərinə hücumunda şəhid olan Hizbullahın mərhum komandirlərindən biri Talib Sami Abdullahın anım mərasimində çıxış edib.
Bu çıxışında Nəsrullah bu şəhidin xatirəsini ehtiramla yad edərkən Cənubi Livan Cəbhəsinin nailiyyətlərini izah etdi. Həmçinin çıxışında Livan Hizbullahının imkanlarına işarə edərək, sionist düşməni və onun havadarlarını Livana qarşı hər cür avantüra və müharibə tətbiq etməkdən çəkindirib.
4222407

captcha