"İQNA", "Anadolu" saytına istinadən xəbər verir ki, BMT-nin Fələstinə Yardım və İşlər üzrə Agentliyi (UNRWA) X sosial şəbəkəsində (keçmiş Tvitterdə) yazıb: "Yoluxucu xəstəliklərin yayılmasının davam etməsi və temperaturun yüksəlməsi, gigiyena qaydalarına riayət edilməməsi və susuzlaşdırma bütün Qəzzada insanların sağlamlığı üçün ciddi təhlükə yaradır".
UNRWA həmçinin elan edib ki, ötən 9 ayda Qəzza zolağında su və kanalizasiya qurğuları və infrastrukturun təxminən 67%-i sionist rejimin davamlı hücumları zamanı dağıdılıb və ya ciddi şəkildə zədələnib.
Bu təşkilat fələstinli qaçqınlara həyat xilasedici xidmətlərin göstərilməsində mühüm rol oynayır. Bununla belə, Qəzzada mühüm infrastrukturun son vaxtlar dağıdılması kritik vəziyyəti daha da ağırlaşdırır və bir çox qəzzalının təhlükəsiz su və kanalizasiya qurğularından istifadə etmək imkanı yoxdur.
BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs tələb edən qətnaməsinə məhəl qoymayan İsrail, beynəlxalq qınaqla qarşılanan Qəzza zolağına vəhşicəsinə işğalını davam etdirir.
Yerli səhiyyə rəsmilərinin məlumatına görə, o vaxtdan bəri Qəzzada 37.400-ə yaxın fələstinli öldürülüb, onların əksəriyyəti qadın və uşaqlardır, 85.000-dən çoxu isə yaralanıb.
Səkkiz aydan çoxdur ki, davam edən İsrail hücumlarından sonra Qəzzanın böyük bir hissəsi qida, təmiz su və dərman çatışmazlığı səbəbindən xarabalığa çevrildi.
İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunur və bu məhkəmə rejimə bir milyondan çox fələstinlinin sığındığı Rəfahdakı əməliyyatlarını dərhal dayandırmağı əmr edib.
4222456