"İQNA", "Əl-Riyad" saytına istinadən xəbər verir ki, bu səfər Səudiyyə Ərəbistanının Dini İşlər, Dəvət və İrşad Nazirliyinin “Rəhmanın qonaqları” proqramı çərçivəsində baş tutub.
Dünyanın ən böyük Quran çap mərkəzini ziyarət edən qonaqlara xəttatlığın əvvəlindən axıra kimi əlyazmaların araşdırılması, müxtəlif dillərə tərcüməsi, dünya müsəlmanları arasında yayılması barədə məlumat verilib.
Ziyarətin sonunda “Kral Fəhd” Quran çap mərkəzində çap olunmuş Qurani-Kərimin nüsxələri və onun müxtəlif dillərə tərcümələri zəvvarlara hədiyyə edilib.
4222544