"İQNA"-nın "Erəm News"-a istinadən verdiyi məlumata görə, Almaniya millisinin futbolçusu və “Real Madrid” komandasının ulduzu Antonio Rudiger Avro-2024 Millətlər Kubokunda iştirak etdiyi müddətdə də öz İslami şüarlarına sadiq qalıb.
Rüdiger bazar günü axşam qitə çempionatlarının birinci qrupunun sonunda Almaniya millisinin İsveçrə ilə oyunu 1:1 hesablı ilə bitib.
Almaniya millisinin ulduzu İsveçrə ilə oyun başlamazdan əvvəl İnstaqram səhifəsində dua əlaməti olaraq stadionda əllərini qaldırdığı şəklini yayımlayıb.
Bu, alman ulduzunun qəbul etdiyi İslami ayinləri yerinə yetirən yeganə davranışı deyil. Almaniya millisinin Avropa Millətlər Kubokunda Macarıstana qarşı keçirdiyi son oyunda da qələbə qazandıqdan sonra Rüdiger səcdə edərək sevinib.
Real Madridin ulduzu bir müddət əvvəl şəhadət barmağını göyə qaldıraraq Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”ni məğlub etdikdən sonra “Allah Əkbər” deyərək sevinib.
Almaniya millisi 7 xal toplayaraq Avropa Millətlər Kubokunun, yəni Avro-2024-ün 1/4 finalına yüksəlib.
Müsəlman futbolçuların Avropa klubları və milli oyunlarında İslami ayinləri yerinə yetirməsi Fransa kimi bəzi ölkələrdə böyük böhrana çevrilib. Fransa hakimiyyət orqanları xüsusilə müqəddəs Ramazan ayında bu hərəkətləri qadağan edən qanunların qəbul edildiyini açıqlayıb. Bu, müsəlman qrupları tərəfindən kəskin etirazla qarşılanıb.
4223080