IQNA

Uqanda Afrikanın ilk Quran yarışına ev sahibliyi edəcək

3:27 - June 29, 2024
Xəbər sayı: 3496234
İQNA – İlk Afrika Quran müsabiqəsi bu ilin oktyabr ayında Uqandada Salam TV tərəfindən təşkil olunacaq.

"İQNA", "Pulse" saytına istinadən xəbər verir ki, oktyabrın 27-də keçiriləcək bu Quran tədbirini Salam TV təşkil edəcək.
Salam TV bildirib ki, bu tədbirin məqsədi qitə müsəlmanlarını birləşdirmək və müsəlmanlar arasında Quran tilavətinin səviyyəsini yüksəltməkdir.
Saözügedən qitənin İslam ölkələrinin görkəmli tədbirlərindən biri olan bu yarışda 50-dən çox Afrika ölkəsindən rəqiblər iştirak edəcək.
Afrika Quran Müsabiqəsi müxtəlif mənşəli gəncləri, ailələri, icma liderlərini və tələbələri ümumi dini inanclarını və mədəni irsini qeyd etmək və bir araya gətirmək üçün nəzərdə tutulmuşdur.
Bu unikal platforma Afrikadakı müsəlmanlara öz istedadlarını nümayiş etdirməyə, bir-birindən öyrənməyə və əlaqələrini gücləndirməyə imkan verəcək.
Geniş iştirakın təmin edilməsi üçün Salam TV Uqandanın müxtəlif yerlərində, o cümlədən qərb, cənub-qərb, mərkəzi, şimal və Qərbi Nil bölgələrində regional fəaliyyətlər keçirəcək.
Bu fəaliyyətlər yerli icmaları və gəncləri müsabiqədə iştirak etməyə həvəsləndirəcək.
Salam TV-nin direktoru Hacı Kərim Kalisa, əlavə edib ki, "Afrika Quran Yarışmasına ev sahibliyi etməkdən və Afrikadakı müsəlmanların bir araya gələrək inanclarını tətbiq edə biləcəkləri bir platforma yaratmaqdan həyəcanlanırıq. Biz bütün maraqlı şəxsləri və təşkilatları bu mənəvi yolda bizə qoşulmağa və bu tarixi hadisənin bir hissəsi olmağa dəvət edirik".
 4223447

captcha