"İQNA", "Məşhəd Əl-Yəməni" saytına istinadən xəbər verir ki, keçmiş futbolçunun Quran oxuyan şəkli sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib.
İstifadəçilər onu tərifləyib və İslamın mesajını anlamaqda ona uğurlar arzulayıblar.
Elton Xose Xavier Qomes daha əvvəl çoxsaylı televiziya müsahibələrində müsəlman ölkəsində olmaqdan məmnun olduğunu bildirib.
Braziliyalı futbolçu “Əl-Nəsr” komandasından sonra Səudiyyə Ərəbistanında daha bir neçə komandada çıxış edib. Səudiyyə Ərəbistanından ayrıldıqdan sonra Braziliyada Səudiyyə adlı futbol akademiyası qurdu.
Səudiyyə Ərəbistanında klub futbolu son illərdə dünyanın hər yerindən böyük futbol ulduzlarının iştirakının şahidi olub. Bu futbolçular arasında Avropa futbolunun bəzi müsəlman ulduzları da olub və müsəlman ölkəsində olmaqdan xoşbəxt olduqlarını bildiriblər.
Səudiyyə Ərəbistanındakı bəzi qeyri-müsəlman oyunçuların Qurana və İslama olan sevgilərinin ifadəsi Səudiyyə Ərəbistanı və digər ərəb və İslam ölkələrində sosial şəbəkə istifadəçiləri tərəfindən həmişə gözəl şəkildə qarşılanıb.
4223944