"İQNA", "ABC News"-a istinadən xəbər verir ki, bir müsəlman qrupu Fələstin tərəfdarı namizədləri dəstəkləmək üçün siyasi kampaniyaya başlamağı planlaşdırır.
"The Muslim Vote" adlı qrupun sözçüsü bildirib ki, qrup, müsəlman icmasının Fələstində ədaləti dəstəkləyənlərə səs vermək istəyi əsasında yaradılıb.
Avstraliyanın baş naziri və bu ölkənin işçi partiyasının lideri Antoni Albanese bir müddət əvvəl bu partiyanın üzvü olan əfqan əsilli senator Fatimə Peymanı Fələstin dövlətinin yaradılmasını dəstəkləməkdə israrlı olduğu üçün vəzifəsindən uzaqlaşdırıb.
İşçi partiyasının üzvləri deyirlər ki, Peyman müsəlman seçicilərə müraciət etmək üçün yeni partiya yaratmaq barədə düşünə bilərdi.
Sydney Morning Herald qəzeti Albanesenin parlamentdəki çıxışında senator Peymanın işçi partiyasının Parlament Komitəsinin iclaslarında iştirak etməyəcəyini açıqladığını yazıb.
Peyman Avstraliyanın Yaşıllar Partiyasının sədr müavini Mehrin Farukinin müstəqil Fələstin dövlətinin tanınması ilə bağlı təklif etdiyi və ötən çərşənbə axşamı parlamentdə açıq səsvermədə müzakirə edilən qanun layihəsini dəstəkləyib. Bu, Avstraliya parlamentarilərinin müstəqil Fələstin dövlətini tanımaq üçün ikinci cəhdi idi.
Ötən ay Avstraliya Nümayəndələr Palatası Yaşıllar Partiyasının müstəqil Fələstin dövlətinin tanınması təklifini dayandırıb.
4224258