IQNA

Hindistandakı qeyri-hökumət təşkilatları hökumətin müsəlmanlara qarşı siyasətini tənqid edir

2:18 - July 06, 2024
Xəbər sayı: 3496278
İQNA - Narendra Modi hökumətinin müsəlmanlara və dini mərkəzlərə qarşı ayrı-seçkilik siyasəti Hindistanda bəzi partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən pislənilib.

"İQNA", "Əl-Fəth" saytına istinadən xəbər verir ki, Hindistan hökumətinin Cammu və Kəşmir bölgələrndə məscidi sökmək cəhdindən sonra bu ölkədə müsəlmanlara qarşı ayrı-seçkilik nümayiş etdirilməsini pisləyiblər.
Siyasi partiyalar Hindistan polisinin müsəlman məscidini dağıdan hərəkətini pisləyib və valinin müavinindən məsələ ilə bağlı hərtərəfli araşdırma aparılmasına göstəriş verməsini istəyiblər.
Onlar həmçinin konstitusiyada təsbit olunmuş müsəlmanların azadlıqlarının pozulmaması ilə bağlı xəbərdarlıq ediblər.
Hökumət rəsmiləri polis və buldozerlərlə birlikdə şənbə günü, iyunun 29-da məscidi sökmək üçün Nəgəri rayonuna daxil olublar.
Yerli sakinlərin sözlərinə görə, məscid 10 il əvvəl tikilib və bu yaxınlarda təmir olunub. Həmçinin hökumət sökmək cəhdi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq etməyib.
Məscidin sökülməsinə cəhd zamanı yerli sakinlərlə sökmək istəyən qrup arasında şiddətli qarşıdurma yaşanıb.
Məscidi sökən qrup ayaqqabıları ilə məscidə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik etməklə müsəlmanların hisslərini təhrik ediblər.
Pakistanda yaşayan Cammu və Kəşmirin tanınmış simalarından olan Zahid Əşrəf açıqlamasında Modi hökumətinin Cammu və Kəşmir və Hindistanda Hindistan müsəlmanlarına qarşı anti-İslam hərəkətlərini pisləyib.
4224365

captcha