IQNA

Qüds müftisi sionistlərin icazəsiz Məscidül-Əqsaya daxil olmasının qarşısını almağı istəyib

8:58 - July 16, 2024
Xəbər sayı: 3496343
İQNA - Qüds müftisi beynəlxalq ictimaiyyətdən sionist rejimin müsəlmanların müqəddəs yerlərinə icazəsiz girişi və təcavüzünün qarşısını almaq üçün hərəkətə keçməyi istəyib.

"İQNA", Fələstinin "Vəfa" saytına istinadən xəbər verir ki, Qüds və Fələstinin baş müftisi və Ali Fətva Şurasının sədri Şeyx Məhəmməd Hüseyn beynəlxalq ictimaiyyəti sionist rejimin müqəddəs yerlərə, xüsusilə də Məscidül-Əqsaya hücumlarını çox gec olmadan dayandırmağa çağırıb.
Qüdsün baş müftisi bəyan edib ki, işğalçı hakimiyyət Məscidül-Əqsanı ziyarət edənlərə hücum edib, onların məscidə çatmasına mane olub və onları həbs edib axtarışa verib.
Sionist rejim saxta bəhanələrlə və Qüdsü yəhudiləşdirməyə yönəlmiş hərəkətlərlə müsəlmanların Məscidül-Əqsaya daxil olmasına mane olur və ya bir çox məhdudiyyət və nəzarət məntəqələri yaratmaqla müsəlmanların bu müqəddəs məkana daxil olmasını çətinləşdirir.
4226156

captcha