HƏMAS hərəkatının milli məsələlər ofisinin rəhbəri Hisam Bedran Pekinin bəyanatını Fələstin milli birliyinə nail olmaq yolunda müsbət addım kimi qiymətləndirib. İslami Cihad hərəkatı da bəyan edib ki, sionist rejimi tanıyan heç bir formulla heç vaxt tabe olmayacaq.
Bedran bildirib ki, Çin beynəlxalq çəkiyə malikdir və Fələstin məsələsini dəstəkləməkdə möhkəm mövqedədir.
Bedran bir fələstinli olaraq Amerikanın inhisarçı siyasətinə qarşı çıxmaq üçün birlikdə hərəkət etməli olduqlarını bəyan edərək, Amerika hökumətinin Fələstinlə bağlı istənilən milli konsensusun əleyhinə olduğunu və tamamilə qərəzli davrandığını və işğalçı rejimin cinayətlərinə şərik olduğunu bildirib.
Həmas siyasi bürosunun üzvü bəyan edib ki, Fələstin qruplarının imzaladığı milli birlik sazişinin məzmunu aydındır.
İslami Cihad hərəkatı İsraili açıq və ya dolayısı ilə tanıyan hər hansı formulun əleyhinə olduğunu bir daha vurğuladı.
Çinin xarici işlər naziri çərşənbə axşamı Pekində keçirilən iki günlük görüşün sonunda Fələstin qrupları barışıq hökuməti qurmaq və birgə bəyanat vermək barədə razılığa gəliblər.
Bu razılaşmada HƏMAS-ın yüksək səviyyəli nümayəndəsi Musa Əbu Mərzuk və Fəth Mərkəzi Komitəsinin üzvü Mahmud Alul Pekində iştirak ediblər.
Fəth hərəkatı işğal olunmuş İordan çayının qərb sahilindən, HƏMAS isə Qəzzaya görə məsuliyyət daşıyır. HƏMAS-ın 2006-cı il seçkilərində qələbə çalmasından və Qəzza zolağına nəzarəti ələ almasından sonra münasibətlər kifayət qədər gərginləşib.
Qəzza müharibəsi başlamazdan əvvəl HƏMAS nümayəndələri Qəzza zolağının idarə olunması ilə bağlı Fələstin Administrasiyası ilə razılaşmalar əldə etmişdilər.
Pekin Bəyannaməsi adlanan bəyannamə ilə fələstinli qruplar problemlərini həll etmək, İsrail işğalına qarşı müqavimət göstərmək və hərtərəfli milli birliyi təmin etmək barədə razılığa gəliblər.
4228100