IQNA

İraqın 8-ci milli Quran hifzi müsabiqəsində 250 hafizin iştirakı

11:45 - July 29, 2024
Xəbər sayı: 3496423
İQNA - İraqın müxtəlif əyalətlərindən olan 250 Quran hafizinin Kərbəlada iştirakı ilə 8-ci “Milli Quran Hifzi” müsabiqəsi, iyulun 27-də başlayıb.

"İQNA"-nın İraqdan verdiyi məlumata görə, bu yarışma İmam Hüseynin (ə) hərəminin Darul-Quranının himayəsi və Kərbəlanın “Əz-Zəhra” Qızlar Universiteti ilə əməkdaşlıq çərçivəsində keçiriləcək və dörd gün davam edəcək.
İmam Hüseynin (ə) hərəminin Darul-Quranı ilə əlaqəli Quran media bölməsinin rəhbəri Kərrar Əl-Şəmmri deyib: "Bu yarışmada qadın və kişi olmaqla 250 Quran hafizi iştirak edir və onlar üç kateqoriya üzrə yarışırlar: Quranın tam hifzi, 20 cüzün hifzi və 10 cüzün hifzi".
Sözügedən yarışmanın açılış mərasimində çıxış edən İmam Hüseynin (ə) hərəminin Darul-Quranının rəhbəri Şeyx Xeyrəddin Əli Əl-Hadi bütün İraqda Darül-Quran tərəfindən milli Quran hifzi təlimi planının mərhələləri və bu mərkəzin bu ölkədə Quran fəaliyyətlərinə diqqəti barədə izahat verib.
Kərbəladakı Əz-Zəhra (s) Qızlar Universitetinin prezidenti Zeynəb Əl-Mulla Əl-Sultani bu mərasimdə çıxış edərkən İmam Hüseynin (ə) hərəminin Darul-Quranını bu Quran fəaliyyətlərini dəstəklədiyinə görə tərifləyib.
Qeyd edək ki, İmam Hüseynin (ə) hərəminin Darul-Quranının səyləri ilə İraqın müxtəlif əyalətlərində milli Quran hifzi təlimi planı həyata keçirilir və indiyədək bir çox insan Quranı tam əzbərləməyə nail olub.
4228673

captcha