IQNA

Şəhid İsmayıl Haniyənin gəlininin mesajı

11:51 - July 31, 2024
Xəbər sayı: 3496438
İQNA - HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin Tehranda namərdcə qətlə yetirilməsindən sonra bu fələstinli mücahidin gəlini videomüraciətində şəhid Haniyə ilə vidalaşmada gözlərin yaş, qəlblərin kədərləndiyini bildirib.
kod

"İQNA" xəbər verir ki, şəhid İsmayıl Haniyənin gəlini onun şəhadətindən xəbər tutduqdan sonra videomüraciətində deyib: Gözlərdən yaş axır, qəlblər qəmlidir, ey Əbul-Əbd, ey atamız, getməyinə kədərləndik.
Qeyd edək ki, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu gün səhər çərşənbə günü, iyulun 31-də bu hərəkatın siyasi ofisinin rəhbəri İsmayıl Həniyənin Tehranda sionistlər tərəfindən şəhid edildiyini açıqlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi İctimaiyyətlə Əlaqələr İdarəsi bir elanda bildirib: "HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və onun mühafizəçilərindən biri Tehranda iqamətgahının vurulması nəticəsində şəhid olublar".
Bu namərdcə edilən sui-qəsd müqavimət qrupları tərəfindən geniş şəkildə pisləndi.
4229223

captcha