IQNA

Ərdoğan cümə gününü matəm elan edib

13:33 - August 02, 2024
Xəbər sayı: 3496451
İQNA – HƏMAS-ın siyasi ofisinin rəhbəri Şəhid İsmayıl Həniyyənin öldürülməsindən sonra Türkiyə prezidenti cümə gününü matəm elan edib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin öldürülməsi ilə bağlı matəm elan edib.
Ərdoğan Kanal X-dəki istifadəçi hesabından verdiyi açıqlamada, Fələstin davasına dəstəyin ifadəsi və fələstinli qardaşlarla həmrəyliyimizi vurğulayaraq, HƏMAS-ın siyasi ofisinin rəhbəri Şəhid İsmayılın Həniyyənin şəhadəti üçün cümə gününü ümumi matəm elan edirik.
O əlavə edib: "İsmayıl Həniyyə və bütün Fələstin şəhidlərinə salamlar göndərir, öz adımdan və millətim adından Fələstin xalqına başsağlığı verirəm".
Fələstin davasına dəstəyin və fələstinli qardaşlara rəğbətimizin ifadəsi olaraq, cümə gününü (2 avqust,) HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyənin şəhadəti ilə bağlı ümumi matəm elan edirik.
Ərdoğan X sosial şəbəkəsində yazıb: "Allah bu mənfur hücumdan sonra şəhid olan qardaşım İsmayıl Haniyəyə rəhmət eləsin".
O əlavə etdi: "Bu terror şeytanidir və məqsədi Fələstin davasını, Qəzzanın nəcib müqavimətini və fələstinli qardaş və bacılarımızın haqlı mübarizəsini pozmaq, fələstinlilərin iradəsini qırmaq və onları qorxutmaqdır".
O, vurğuladı: "Sionist vəhşiliyi bu günə qədər olduğu kimi, yenə də öz məqsədlərinə çatmayacaq".
4229603

captcha