İranın Qərbi Azərbaycan əyalətinin avtomobil yolları nəqliyyatının baş direktoru İran Dəstnişan Ərbəin yürüşü planının başlanğıcından bu yana 28 min Ərbəin ziyarətçisinin Təmərçin sərhəd qapısından keçdiyini açıqlayıb.
Dəstnişan, "Təmərçin sərhəd qapısının Kərbəlaya yaxınlığı, bu marşrutun çox əlverişli hava şəraiti və Ərbəin ziyarətçilərinə təqdim edilən keyfiyyətli xidmətlər bu sərhəd məntəqəsini təkcə İranın şimal və şimal-qərb bölgələrindən gələn ziyarətçilər arasında deyil, həm də Azərbaycan və Türkiyədən gələn ziyarətçilərin də diqqətini çəkib" dedi.
Təmərçin sərhəd qapısı Qərbi Azərbaycanın Şimali İraqla yeganə rəsmi sərhəd qapısıdır və vilayətin cənubunda Piranşəhr rayonunda yerləşir. Ötən ildən etibarən Ərbəin ziyarətçilərinə ilk dəfə olaraq bu sərhəd qapısından müqəddəs yerlərə keçməyə icazə verilib.