IQNA

İmam Əlinin (ə) məqbərəsinin Ərbəin ziyarətçiləri üçün xüsusi Quran proqramları

6:09 - August 15, 2024
Xəbər sayı: 3496535
İQNA – İmam Əlinin (ə) Türbəsinin Darül-Quran Mərkəzindən bildirilib ki, Ərbəin yürüşü zamanı ziyarətçilər üçün 250 Quran məntəqəsi yaradılacaq.

İmam Əlinin (ə) türbəsi informasiya mərkəzinin verdiyi xəbərə görə, bu layihənin Quran proqramı İraqın 12 vilayətində həyata keçirilir.
İmam Əlinin (ə) türbəsinin Darul-Quran rəsmilərinin bildirdiyinə görə, bu məntəqələr, bu ölkədəki qari birliyi ilə əməkdaşlıq çərçivəsində Şimali İraqın Bəsrə, Kərbəla, Diyalə, Bağdad və Kərkük vilayətlərində yaradılacaq.
Bu layihə dünyanın müxtəlif yerlərindən İraqa gələn ziyarətçilərin Quran bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır. Eyni şəkildə Quran tilavətinin keyfiyyətinin, bilik səviyyəsinin yüksəldilməsi və ziyarətçilər arasında Quran mədəniyyətinin təbliği istiqamətində də səylər göstərilir.
Ərbəin ziyarətçilərini qəbul etmək üçün İmam Əlinin (ə) məqbərəsinin hazırlanması ilə eyni vaxtda bu layihəyə hazırlıq işləri aparılır. Bu ziyarətçilər Kərbəlaya getməzdən əvvəl Nəcəfdə İmam Əlinin (ə) məqbərəsini ziyarət etməyə gedirlər.
4231239

captcha