"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, bu şəbəkəyə dünyanın müxtəlif universitetlərindən yüzlərlə tələbə komandası daxildir.
Fələstini dəstəkləyən tələbə fəalları, tələbə təşkilatları və həmkarlar ittifaqları Fələstinə dəstək və Qəzza müharibəsini dayandırmaq üçün artan beynəlxalq hərəkata cavab olaraq 21 avqust çərşənbə günü “Fələstinə Dəstək Qlobal Tələbə Şəbəkəsinə (GSPN)” start verdilər.
Şəbəkə Fələstin tərəfdarı tələbə fəallar üçün mühüm dəstək mənbəyidir, çünki o, tələbə fəallar üçün strategiya mübadiləsi, təcrübə mübadiləsi və qlobal əməkdaşlığı təşviq etmək üçün təhlükəsiz və etibarlı platforma təmin edir, şəbəkənin bəyanatında deyilir.
Bu şəbəkənin tələbə liderləri dünyanın Fələstin müqavimətinə marağını gücləndirməkdə qərarlı olduqlarını bildirirlər.
Bu şəbəkə universitetləri işğalçı İsrail rejiminin hərəkətlərinə qarşı çıxmağa və tələbələrin etiraz hüququnu dəstəkləməyə, İsrail rejiminin təhsil və tədqiqat qurumları ilə bütün əlaqələri kəsməyə, bütün İsrail şirkətlərinə investisiyalardan əl çəkməyə çağırıb.
Şəbəkə həmçinin bütün tələbə fəalları və təşkilatları qlobal ədalət hərəkatının mühüm hissəsi olan və Fələstin xalqı ilə qlobal həmrəyliyin önündə gedən bu hərəkata qoşulmağa çağırıb.
4233562