IQNA

Müsəlman Alimlər Şurası Qüdsə hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıb

10:54 - September 01, 2024
Xəbər sayı: 3496601
İQNA – Müsəlman Alimlər Şurası sionist rejimin təhlükəsizlik nazirinin Məscidül-Əqsada sinaqoq tikintisi ilə bağlı açıqlamalarını kəskin şəkildə pisləyib.

BƏƏ xəbər agentliyinin verdiyi məlumata görə, Şura beynəlxalq ictimaiyyətin Fələstin xalqına və Qüdsün müqəddəs yerlərinə qarşı bütün hücumları dayandırmaq üçün təcili tədbirlər görməli olduğunu vurğulayıb.
Şuradan verilən açıqlamada Məscidül-Əqsanın müsəlmanların ibadət yeri olması ilə bağlı beynəlxalq qanunların pozulduğu və müsəlmanların dini hisslərinin təhrik edildiyi bildirilib.
Müsəlman Alimlər Şurası bu bəyanatında beynəlxalq ictimaiyyəti Fələstin xalqına və onların müqəddəs məkanlarına qarşı hər hansı hücumu dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.
Şura həmçinin xəbərdarlıq edib ki, bu cür bəyanatlar gərginliyin artmasına və regionda sülhə nail olmaq üçün beynəlxalq səylərin qarşısının alınmasına yol açır.
Müsəlman Alimləri Şurası münaqişə və ölkələrin parçalanması faktorlarının qarşısını almaq üçün müsəlman cəmiyyətlərində sülhü təşviq etmək məqsədi daşıyan müstəqil beynəlxalq təşkilatdır.
4233977

captcha