IQNA

İndoneziyada təkfirçi fikirlərin artmasına qarşı xəbərdarlıq

9:02 - September 10, 2024
Xəbər sayı: 3496654
İQNA – Bəzi tədqiqatçılar İndoneziyada təkfirçi fikirlərin səssiz yayılmasına qarşı xəbərdarlıq ediblər.

"İQNA", "Əl-Bəvabə"-yə istinadən xəbər verir ki, İndoneziyanın dini və siyasi hakimiyyət orqanları müxtəlif dinlərin və məzhəblərin nümayəndələri arasında dinc yanaşı yaşamanın zəruriliyini vurğulasalar da, İndoneziya polisi Papanın səfəri zamanı Papaya sui-qəsd təşkil etmək ittihamı ilə 7 nəfəri həbs etdiyini açıqladıqdan sonra, ölkədə təkfirçi fikirlərin səssizcə yayılması ilə bağlı narahatlıqlar artıb.
Bəzi tədqiqatçılar ötən əsrin səksəninci illərinin əvvəllərində İndoneziyada təkfirçilik ideyalarının mövcud olma tarixinə toxunmuşlar.
Misirli tədqiqatçı Kamal Həbibin sözlərinə görə, bu fikirlər İndoneziya “İslam icması”nın yaradıcılarının fikirlərində də görünür. Malayziyada yaradılan qrup daha sonra İndoneziyaya köçdü.
Həbib hesab edir ki, bu qrup “Əl-Qaidə” kimi terror qruplaşmalarının ekstremist ideyalarının təsiri altındadır.
Bəzi tənqidçilər Həbibin bəyanatlarını reallıqdan uzaq səciyyələndirib və bildiriblər ki, bu, Misirin hazırkı hökumətinin ölkədəki islamçılarla mübarizə üzrə hərtərəfli planının bir hissəsidir.
Bu tənqidçilərin fikrincə, təkfirçi və ekstremist ideyalar ilk dəfə bəzi siyasi rəqiblər qarşısında Misirin əvvəlki hökumətləri tərəfindən təbliğ edilib. Bu gün siyasi rəqabətin artması və hakim təbəqədə korrupsiya ilə bağlı narazılığın artması ilə bu vəziyyət bir daha böyüyür.
4235667

captcha