IQNA

Hindistan müsəlmanlarına qarşı "İnək Mühafizəçiləri" qrupunun zorakılığa təhrik etməsi

9:47 - September 13, 2024
Xəbər sayı: 3496671
İQNA - Narendra Modinin baş nazirliyi dövründə Hindistan müsəlmanlarına qarşı zorakılıq artıb.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, "New York Times" qəzetində dərc olunan xəbərdə "Hinduların Hindistan müsəlmanlarına qarşı silsilə hücumları bu ölkədə din zorakılığının nə qədər ciddi problemə çevrildiyini göstərdi. Hindistan isə özünü dünya səhnəsində hamı üçün bərabər hüquqlu güclü demokratik ölkə kimi təqdim etmək istədiyini iddia edir" yazdı.
Xəbərdə, baş nazir Narendra Modinin iyun seçkilərində qalib gəlməsinə baxmayaraq, insan haqları təşkilatlarının verdiyi məlumata görə, bu müddət ərzində müsəlmanlara qarşı din zorakılığının artdığı bildirilib.
Qəzet onu da bildirib ki, “İnək mühafizəçiləri” qruplaşması inək kəsmək, qaçaqmalçılıq və s. bəhanələrlə müsəlmanlara qarşı zorakılıq tətbiq edib.
Avqust ayında bir qrup hindu, 72 yaşlı müsəlman kişini çantasında mal əti gəzdirdiyini zənn etdikləri üçün döyüblər.
"The New York Times" yazıb ki, inək məsələsi bölücülük yaradır. Hinduizmdə inəklər müqəddəs olduğu üçün Hindistanın bir çox əyalətləri onların kəsilməsini, mal ətinin satışını və ya ticarətini qadağan edir. Burada deyəsən, bir qrupun dini inancları ilə digər qrupun pəhrizi qarşı-qarşıya gəlir.
Qəzet qeyd edib ki, Hindistanda dini zorakılıq nadir deyil və bəzən zorakılığın narahatedici səviyyələrinə gətirib çıxarır.
Bu ölkədə bir milyarddan çox hindu, 200 milyona yaxın müsəlman, 30 milyon xristian və digər dini azlıqlar bir yerdə yaşayır.
4235963
 

captcha