"İQNA", "Şarə 24"-ə istinadən xəbər verir ki, Dubay Mükafatının Beynəlxalq Quran Müsabiqəsinin rəsmi sözçüsü Əhməd Əl-Zahid deyib: "BƏƏ-də Şeyx Fatimə binti Mübarək kimi tanınan Qadınlar üçün Beynəlxalq Quran Müsabiqəsinin 8-cisi cümə günü bağlanış mərasimi və qaliblərin təltif edilməsi ilə Dubayın Məmrez bölgəsinin Mədəniyyət və Elm Salonunda keçirilib.
Əl Zahid 62 ölkədən və BƏƏ-də yaşayan azlıqlardan olan iştirakçıların bu müsabiqədə iştirak etdiyini bildirib və dedi: "Bu yarışlar bu il sentyabrın 7-dən 11-dək səhər və axşam olmaqla iki seansda və 10 nəfərin mükafatlandırılması və bütün iştirakçıların təqdir olunması ilə sona çatdı.
Bu yarışmada isveçli Safia Tahir, mavritaniyalı Xədicə Əl-Muxtar, keniyalı Fati Əl-Raşid birinci-üçüncü yerləri qazanıblar. Nigeriyalı Məryəm Həbib və yəmənli Əfnan Rəşad dördüncü, Misirdən Əsma Yunis altıncı, tunisli Əsma Şəbli yeddinci, İran İslam Respublikasından Zəhra Ənsari səkkizinci, malayziyalı Butri Hənif doqquzuncu, liviyalı Məniyyə Əs-Səğir və Cənubi Afrikalı Ayişə Jakhore hər ikisi 10-cu oldular.
4236395