Pakistanın Səsi xəbər verir ki, hindutva tərəfdarları Hindistanda müsəlman qonşularını zorla evlərindən çıxardıqdan bir il sonra onlar ümidsiz yaşayırlar.
Hindutva hərəkatı bu aksiya ilə müsəlmanları hinduların müqəddəs torpaqları deyilən yerlərdən qovmağı hədəfləyir.
2023-cü ildə ölkənin şimalındakı Uttarxand əyalətinin Burola bölgəsindəki evini tərk etməli olan müsəlman evli, üç qız atası Məhəmməd Səlim bildirib ki, həmin gün evdən qaçmasaydı, özü və ailəsi öldürüləcəkdi.
Geyim mağazası qarət edilən Səlim indi ailəsi ilə birlikdə sadə bir mənzildə yaşayır və dolanışığını təmin etməyə çalışır.
Rakesh Tomar adlı ifrat sağçı hindu ölkədəki müsəlman azlıqlara qarşı nifrət dolu çıxışlar edir və Uttarxand əyalətinin hinduların müqəddəs torpağı olduğunu iddia edir.
2011-ci ildə Uttarxand şəhərinin son siyahıyaalınmasına görə, 10 milyonluq əhalinin yalnız 13%-i müsəlmandır.
Keçən il Burolada müsəlmanlara qarşı hücumlardan əvvəl müsəlmanların evlərinin və dükanlarının qapılarına yaşadıqları yerləri tərk etmələrini tələb edən plakatların asılması kampaniyası aparılmışdı.
4236786