IQNA

11:03 - September 23, 2024
Xəbər sayı: 3496732

Pezeşkian sionist rejimin Livandakı terror hücumu nəticəsində yaralananları ziyarət edib

İQNA – Prezident, Farabi Göz Xəstəxanasına gedərək, sionist rejimin Livandakı son terror hücumunda yaralananların bir qismini ziyarət edib.

Pezeşkian sionist rejimin Livandakı terror hücumu nəticəsində yaralananları ziyarət edib

"İQNA", hökumətin informasiya platformasına istinadən xəbər verir ki, İranın prezidenti Məsud Pezeşkian sentyabr ayının 20-i günorta saatlarında Farabi Göz Xəstəxanasına gedərək  sionist rejimin Livandakı son terror hücumunda İrana köçürülən yaralılardan bəzilərini ziyarət edib.
Həmin şəxslərin son müalicə vəziyyəti barədə də Pezeşkiana məlumat verilib.
Bu görüşdə prezidentin yanında prezident aparatının rəhbəri, Livanın səfiri Möhsün Hacı Mirzəi də olub. Livan səfiri həmçinin İran İslam Respublikasının dəstəyini yüksək qiymətləndirib.
4237638

captcha