IQNA

Ayətullah Sistaninin Nəsrullah üçün başsağlığı mesajı

11:32 - September 29, 2024
Xəbər sayı: 3496768
İQNA – İraq şiə müsəlmanlarının böyük mərcəyi-təqlidi Ayətullah Əli Sistani Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın alçaqca terror aktı nəticəsində şəhadəti ilə bağlı başsağlığı mesajı verib.

İraqdakı şiə müsəlmanların böyük mərcəyi-təqlidi Ayətullah Əli Sistani Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın alçaqca terror aktı nəticəsində şəhid olması ilə bağlı başsağlığı mesajı verib.
Yazılı açıqlamada deyilir: "Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah və qardaşlarının şərəfli Livan müqavimətində şəhid olması kimi, sionist düşmən ordusunun Beyrutda törətdiyi dəhşətli qətliamda həyatını itirən onlarla günahsız mülki şəxsin şəhid olması xəbərini böyük kədər və hüznlə aldıq".
Bəyanatda, son onilliklərdə misilsiz liderlik nümunəsi olan Şəhid Nəsrullahın işğal altındakı Livan torpaqlarının azad edilməsində mühüm rol oynadığı vurğulanaraq, "Seyyid Nəsrullah İraqın terrorçulardan azad edilməsində bütün gücü ilə iraqlılara kömək etdi" ifadəsi işlədilib.

captcha