Sionist rejimin Livanda Hizbullah baş katibini terror etməsi müxtəlif şəxslər, qruplar və ölkələrin reaksiyası ilə qarşılanıb.
Əməl Hərəkatı: Livan Əməl Hərəkatı Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı mesajı dərc edib.
Mesajda şəhid Nəsrullahın Livan və Fələstin torpaqlarının haqq və azadlığının müdafiəsində heç kimdən qorxmayan vicdanlı bir lider kimi həmişə məzlumları müdafiə edən biri kimi İmam Musa Sədr məktəbinin müqavimət göstərən ünsürlərindən olduğu bildirilib.
Bundan əlavə, bəyannamədə müqavimət ünsürlərinin sionistlərin bütün mənəvi və humanitar sərhədləri aşan hücumları ilə mübarizə aparacaqlarını vurğulanıb.
Mişel Aun: "Livanın keçmiş prezidenti Mişel Aun, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinə reaksiya verərək deyib ki, Livan qələbə və azadlıq yolunda milli müqavimətə rəhbərlik edən, verdiyi vədi yerinə yetirmiş və millətinə sadiq və dürüst liderini itirib".
Təlal Ərsalan: Livan Demokratik Partiyasının sədri Təlal Ərsalan mövzu ilə bağlı verdiyi açıqlamada, "İndiki dövrümüzdə müqavimət simvolu, şərəf və ləyaqət məktəbi sayılan Həsən Nəsrullah dünyasını dəyişdi" dedi.
Səd Həriri: Livanın keçmiş baş naziri Səd Həriri sionist rejimin Hizbullahın baş katibi Seyid Həsən Nəsrullaha qarşı terror cəhdinə cavab olaraq bildirib ki, bu terror Livan və regionu zorakılığın yeni mərhələsinə qərq edəcək.
O, bu hərəkəti qəti şəkildə pislədiyini də bildirib.
Ziyad Nəxalə: İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə, müqavimətin lideri və onun böyük simvolu olan Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı ərəb və İslam ümmətinə başsağlığı verib.
İraqlı şəxsiyyətlər və qruplar: İraq Milli Xəbər Agentliyi Nəsr koalisiyasının Hizbullahın Livan baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verdiyini açıqlayıb.
İraqın Sünni Vəqf İdarəsi də Livan müqavimətinin mərhum liderinin şəhadəti ilə bağlı başsağlığı verib.
İraq Ali Məhkəmə Şurasının sədri hakim Faiq Zeydan da Seyid Həsən Nəsrullahın öldürülməsini insanlığa və bütün millətlərə qarşı cinayət kimi qiymətləndirib.
İraq parlamentindəki Qanunun aliliyi qrupu, İraq İslami Ali Şurası və İraq parlamentinin sədri Möhsün Əl-Məndlavi Livan Hizbullahının baş katibinin şəhadəti ilə bağlı başsağlığı verən digər iraqlı şəxslər arasında olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Livan İsrailin soyqırım və işğal siyasətinin yeni hədəfinə çevrilib” dedi.
Rəcəb Tayyib Ərdoğan həmçinin vurğulayıb ki, Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Livan, Qəzza və Ramallah şəhərinə hücumlarını dayandırması üçün İsrailə təzyiq göstərməlidir.
Mərakeş Ədalət və İnkişaf Partiyası: Bəyan etdi ki, Seyid Həsən Nəsrullaha eilən terror, sionist rejimin qatil və qaniçən mahiyyətini təsdiqlədi.
Bəyanatda həmçinin bu hərəkətin müqavimətin sabitliyini və populist mövqeyini gücləndirəcəyi və Qüdsün azad edilməsi yolunda fədakarlıqların və mübarizələrin artmasına səbəb olacağı da bildirilib.
Fələstin Muxtar Təşkilatının sədri Mahmud Abbas bəyanatında sionist rejimin vəhşicəsinə hücumları nəticəsində Seyid Həsən Nəsrullahın şəhadəti və çoxlu sayda mülki şəxsin şəhid olması ilə bağlı Livan xalqı və hökumətinə başsağlığı verib.
Suriya Xarici İşlər Nazirliyi Seyid Həsən Nəsrullahın şəhadətini kəskin şəkildə pisləyən bəyanat verib.
Bəyanatda bildirilib ki, sionist rejim bu xain hərəkəti ilə bütün beynəlxalq norma və qanunları ələ saldığını bir daha sübut etdi.
Kuba prezidenti Migel Diaz-Kanel bəyan edib ki, Həsən Nəsrullahın şəhadəti faktı regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhdiddir və buna görə tamamilə İsrail rejimi cavabdehdir.
Migel Diaz-Kanel əlavə edib ki, Qüds işğalçılarının bu hərəkəti ABŞ-ın əməkdaşlığı ilə həyata keçirilib.
4239307