Livan müqavimətinin yaydığı bəyanatda Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın şəhid olduğu paylaşılıb.
Hizbullah lideri Nəsrullahın şəhadəti elan edildikdən sonra Fələstindəki məscidlərdə salamlar oxunub və Həsən Nəsrullahın şəhadəti elan edilib.
Daha sonra Ramallahdakı Birzeit Universitetinin tələbələri məktəb şəhərciyinə yürüş ediblər. Yürüş zamanı tələbələr müqavimətə dəstək şüarları səsləndiriblər.
Axşam İordan çayının qərb sahili və Qəzza zolağı boyunca bütün məscidlərdə qiyabi cənazə namazı qılınıb, axşam namazından sonra dualar oxunub.
Eyni şəkildə Seyid Nəsrullahın şəhadəti ilə əlaqədar Qərb Şəriyənin Nablus, Cenin və Ramallah kimi bir çox şəhərində nümayişlər keçirilib.
Həmçinin İordaniyada küçələrə çıxan fəallar sionist İsrail səfirliyi qarşısında nümayiş keçirib. Nümayişçilər Seyid Həsən Nəsrullahın plakatlarını götürüblər.