"Əl-Məyadin"-in verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən- Nəxalə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı bütün müsəlmanlara başsağlığı verib və deyib: "Fələstin Müqaviməti özü və davası üçün böyük bir dəstəkçi itirdiyini bilir" dedi.
Ən-Nəxalə sözlərini belə davam etdirdi: "Seyid Həsən Nəsrullah ömrünü böyük bir sərkərdə kimi cəbhə xəttində keçirdi, Fələstin onun qəlbinin rahatlığına, Qüds isə onun mübarizəsinin qibləsinə çevrildi".
Ən-Nəxalə vurğulayıb ki, Seyid Həsən Nəsrullah Hizbullahdakı yoldaşlarının onun yolunu tamamlayacaqlarına və müqavimət bayrağını qaldıracaqlarına inanır.
Həmçinin Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadaları, Seyid Həsən Nəsrullahın qanları ilə tarix yazan şəhidlər sırasına qatıldığını bildirərək, "Zəfərlərlə dolu bir həyatdan sonra Qəzzaya dəstək və fədakarlıq cəbhəsi olan Əqsa Tufanı əməliyyatı zamanı şəhidliyin dadını daddı" dedi.