İraqın baş nazirinin müşaviri Əbdül-Əmir Əl-Taiban sosial şəbəkədə paylaşdığı mesajda belə deyib.
Yazıda “O dəyərli şəhidin cənazəsi Kərbəlada, İmam Hüseynin (ə) məqbərəsinin yanında dəfn olunacaq” ifadəsini işlədib.
Xatırladaq ki, sentyabrın 27-də sionist rejimin Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah şəhid olub.