IQNA

Misirdə Quran kəndi

9:39 - October 07, 2024
Xəbər sayı: 3496818
İQNA – Misirin Bəni Suveyf bölgəsindəki “Riyad” adlı kənddə tələbələr Quranı əzbərləməkdə yeni üsula əməl edirlər.

"Əl Masry Əl Yəvm" saytının verdiyi xəbərə görə, Bəni Suveyf şəhərinin Misir Senatındakı nümayəndəsi Əhməd Möhsün Mübarək bu kəndin Quran kəndi olduğunu və kənd əhalisinin hər il Misir cəmiyyətinə 1000 Quran hafizi təqdim etdiyini bildirib.
O, kənddəki şagirdlərin Quranı əzbərləməsinə və təcvid qaydalarını tam öyrənməsinə kömək edən yeni üsuldan istifadə etdiklərini də bildirib.
Riyad kəndində 3-6 yaş arası uşaqlar "Nurul-Bəyan" adlı xüsusi üsulla Qurani-Kərimi əzbərləyirlər.
4240710

captcha