Pakistanın Səsi internet saytının verdiyi məlumata görə, Cammu və Kəşmirdəki hindu rahibin Peyğəmbəri (s) təhqir etməsindən sonra insanlar cümə günü küçələrə axışıblar.
Oxşar etirazların müsəlmanların çoxluq təşkil etdiyi digər bölgələrdə də olduğu bildirilir.
Nümayişçilər bu hindu rahibin dərhal həbs olunmasını və ona qarşı hüquqi tədbir görülməsini tələb ediblər.
Nümayişçilər hakim partiyanın rəhbərlik etdiyi Hindistan hökumətinin fəaliyyətsizliyini tənqid ediblər.
Çıxış edənlər həmçinin iddia edirdilər ki, bu etinasızlıq zalımlarla şərik olmaq və müsəlman cəmiyyətinin hisslərinə məhəl qoymamaq deməkdir.
Həmçinin çıxış edənlər cinayətkarların qanunun tələb etdiyi şəkildə cəzalandırılmalı olduğunu bildiriblər.
Bütün dinlərə hörmətlə yanaşılmasının vacibliyi vurğulanaraq ölkədə dini birliyin qorunub saxlanmasının zəruri olduğu bildirilib.
Nümayişçilər ədalət tələblərini davam etdirərək, Hindistan hakimiyyətini müsəlmanlara və digər dini azlıqlara qarşı atmosferin zəhərlənməsini dayandırmaq üçün qəti addımlar atmağa çağırıblar.
4242033