IQNA

BƏƏ Quranın xidmətində yeni texnologiyalardan istifadə etməyi təklif edir

2:12 - October 15, 2024
Xəbər sayı: 3496864
İQNA – Quran Assambleyasının himayəsi ilə Şarcədə keçirilən elmi konfransda Qurana xidmət etmək üçün yeni texnologiyalardan istifadə edilməsi təklif olunub.

BƏƏ xəbər agentliyinin verdiyi məlumata görə, elmi konfrans “Qurani-Kərimə xidmət etmək üçün müasir media və bədii istehsala doğru” adı altında Məhəmməd Bin Zayid Humanitar Universiteti, Əl Qasımiyyə Universiteti və Şarcə Quran Radio Kanalı ilə birgə təşkil olunub.
İştirakçılar Quran dəyərlərini, adət-ənənələrini və təlimlərini gücləndirmək məqsədilə vəhy kəlamının xidmətində texniki və media istehsalının gücləndirilməsi üçün yeni elm və media texnologiyalarından istifadəni vurğuladılar.
Konfrans iştirakçıları həmçinin mədəniyyət yaratmaq və cəmiyyətdə maarifləndirmə işi aparan media və sosial şəbəkələrlə əməkdaşlığa çağırıblar.
Bundan əlavə, Quran radio kanallarının İslamın həqiqətinin və mötədilliyinin üzə çıxarılmasına, Quran mesajlarının yayılmasına, cəmiyyətdə insanlar arasında mənəvi dəyərlərin və birgəyaşayış yayılmasına mühüm töhfə verdiyini vurğuladılar.
Konfransda həmçinin media vasitəsilə Quran maarifi, mediadan istifadənin sosial təsiri və müasir mediada Qurana xidmət kimi mövzular müzakirə edilib.
Konfransın sonunda iştirakçılar və məruzəçilər müasir texnologiyalardan istifadə və Quranın müqəddəsliyinin qorunması ilə bağlı problemlərə toxunan elmi və tədqiqat məqalələrinə görə mükafatlandırılıblar.
4241557

captcha