"Pakistanın səsi" saytının verdiyi məlumata görə, Hindistanın tanınmış müsəlman təşkilatı olan “Camaati İslami” hərəkatının rəhbəri Seyid Sadətullah Hüseyni Nyu-Dehlidəki qərargahında keçirilən aylıq mətbuat konfransında məscidlər, məqbərələr və tarixi yerlər də daxil olmaqla, Gujarat əyalətində 500 illik bir qəbiristanlığın yıxılmasının müsəlman məkanlarına edilən hücumların narahatlıq doğurduğunu qeyd etdi.
O, həmçinin bildirib ki, bu dağıntı və ziyan qanunsuz və xəbərdarlıq edilmədən həyata keçirilib.
Hüseyni həmçinin bildirib ki, nifrət dolu çıxışların və dini məkanlara hücumların artması, hakimiyyətin qanunlara açıq-aşkar etinasızlığı və susmasından çox narahatdır.
Seyid Sadətullah Hüseyni bir Hindu rahibinin Məhəmməd peyğəmbəri (s) təhqir edən açıqlamalarını pisləyib və bu cür hərəkətləri ölkədə əxlaq normalarının pisləşməsinin əlamətləri kimi qiymətləndirib.
Yaxın Şərqdə qarşıdurmaların artmasının və bölgədə müharibənin dünya sülhü üçün fəlakət olacağını bildirən Hüseyni sionist rejimin təcavüzünün dayandırılması üçün BMT və beynəlxalq ictimaiyyətin müdaxilə etməsini istəyib.
4242237