IQNA

Londonda Qəzzə xalqı ilə həmrəylik nümayişi keçirilib

9:49 - October 21, 2024
Xəbər sayı: 3496903
İQNA – İngiltərənin paytaxtı Londonda Qəzzə xalqı ilə həmrəylik yürüşünə minlərlə insan qatılıb.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, London oktyabrın 19-da sionist rejimin davam edən soyqırımını pisləyən ictimai nümayişlərin şahidi olub.
Nümayişdə 30 mindən çox insan iştirak edib. İştirakçılar Qəzzə və Livanda davam edən soyqırımı pisləyib və İsraili Qəzznin mühasirəsinə son qoymağa çağırıblar.
Nümayişçilər Britaniya hökumətini İsrailə hərbi, siyasi və logistik dəstək verdiyinə görə sərt tənqid ediblər.
Onlar, həmçinin İsrailin beynəlxalq müqavilələri daim pozmasını və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına məhəl qoymamasını pisləyiblər.
Bundan əlavə, nümayişçilər əksəriyyəti qadın və uşaq olan 40 mindən çox fələstinli mülki şəxsin öldürülməsinə biganə qalan hökumətdən narazılıqlarını ifadə ediblər.
Nümayişdə qəzzəli ailələr adından da çıxış edən İbrahim Həzrə hər gün bombardman və mühasirə altında olan fələstinli ailələrin ağrı və iztirablarını izah edərək, bu soyqırımın dayandırılması üçün beynəlxalq ictimaiyyətin təcili müdaxiləsini istəyib.
Dünyada Qəzzə ilə həmrəylik nümayiş etdirmək, müharibəni pisləmək, mühasirəni qaldırmaq və İsrailə silah göndərməyi dayandırmaq üçün səylərin göstərildiyi ölkələrdən biri də paytaxt London başda olmaqla İngiltərədir.
4243311

captcha