IQNA

Nyu Yorkda fələstin şərfi taxan qadına edilən hücum pislənilib

22:02 - October 22, 2024
Xəbər sayı: 3496916
İQNA – Amerika-İslam Əlaqələri Şurası fələstin şərfi taxmış müsəlman qadına hücumu pisləyib və bunu İslama qarşı nifrət cinayəti adlandırıb.

İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Amerika-İslam Əlaqələri Şurası fələstin şərfi taxmış müsəlman qadına hücumu pisləyib və günahkarların mühakimə olunmasını istəyib.
Bildirilib ki, oktyabrın 13-də Bruklin şəhərinin Crown Heights məhəlləsində 38 yaşlı müsəlman qadın Fələstin şərfi taxtığı üçün iki qadının hücumuna məruz qalıb. Təcavüzkar qadınların müsəlman qadına yumruq vuraraq yerə yıxdıqları bildirilir.
Dava zamanı 3 qadın yüngül xəsarət alıb. NYPD əməkdaşları şübhəliləri həbs edib və onları qanunsuz hücumda ittiham ediblər. Hazırda hakimiyyət orqanları ittihamların nifrət cinayətləri və islamafobiyaya qarşı qanunlara uyğun olub-olmadığını araşdırır.
Amerika-İslam Münasibətləri Şurası (CAIR-NY) hücumu pisləyib. Şuranın Nyu-York şöbəsi vəkili Kristina Con, açıqlamasında küçələrin hər kəs üçün təhlükəsiz yerlər olması lazım olduğunu və ədalətin təmin ediləcəyinə inandıqlarını söylədi.
O, həmçinin hadisənin səbəbkarlarını yaxaladıqları üçün NYPD polisinə təşəkkür etdi və onlardan nifrət cinayəti ittihamlarını nəzərə almalarını istədiklərini bildirdi.
Fələstin şərfi Fələstin kimliyinin simvoludur. Bu cür hücumlara heç vaxt dözmək olmaz.
Şura 2024-cü ilin yanvar-iyun ayları arasında ölkə daxilində müsəlmanlara qarşı nifrət aktları ilə bağlı 4951 şikayət qeydə alıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 69 faiz artım deməkdir.
4243318

captcha