IQNA

İordaniyanın xarici işlər naziri sionist rejimə silah embarqosunun qoyulmasını istəyib

3:47 - October 24, 2024
Xəbər sayı: 3496923
İQNA – İordaniya xarici işlər naziri X sosial şəbəkəsində dərc olunan mesajında sionist rejimə qarşı təsirli sanksiyaların tətbiq edilməsinə çağırıb.

"Əl Ghad" internet saytının verdiyi məlumata görə, nazir İsrailin hərəkətlərini xalis şər və müharibə cinayəti kimi qiymətləndirərək, bu rejimə qarşı təsirli sanksiyaların, xüsusilə də silah embarqosunun tətbiq edilməli olduğunu bildirib.
Əyman Safadi çıxışında beynəlxalq ictimaiyyətin etnik təmizləməni dayandırmaqda, günahsızları qorumaqda, beynəlxalq hüququn tətbiqində və ədaləti təmin etməkdə uğursuzluğunun heç bir haqlı əsasının olmadığını vurğulayıb.
Nazir Safadi X sosial şəbəkəsində yazıb: "Dünya bu cinayətləri törədir, çünki İsrailə bu cinayətləri törətməyə icazə verib. İsrailin toxunulmazlığına son qoyulmalıdır. İsrail fələstinliləri aclıqdan öldürür, onların məhəllələrini bombalayır və yerlə-yeksan edir, uşaqları yandırır və Qəzza zolağının əhalisini köç etməyə məcbur etmək üçün terror yaradır".
İordaniya xarici işlər naziri də İsrailin Qəzzanın şimalına hücumlarını ən qısa zamanda dayandırmaq üçün qətiyyətli beynəlxalq addımlarla cavab vermək lazım olduğunu bildirib.
"Bu hərəkətlərə təsirli sanksiyaların tətbiqi və silah embarqosu daxildir" dedi.
Sionist rejimin Fələstindəki son cinayəti şənbə gecəsi Qəzza zolağının şimalını hədəf alan hava hücumu olub. Bu hücumda fələstinlilərin evləri işğal ordusu tərəfindən ağır şəkildə bombalanıb.
Fələstin İslami Cihad hərəkatı sionist rejimin bu hücumlarına reaksiya verib və öz bəyanatında Vaşinqtonun bu qətliamlara görə məsuliyyət daşıdığını vurğulayıb.
Fələstin Səhiyyə Nazirliyi Əl-Əqsa Tufanı əməliyyatının başladığı gündən Qəzzada şəhidlərin sayının 42 min 603 nəfərə, yaralıların sayının isə 99 min 795 nəfərə çatdığını açıqlayıb.
4243448

captcha